Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Danışan daş abidələr” adlı tarix dərsi keçirilib

18.04.2024

Aprelin 18-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan “Danışan daş abidələr” adlı tarix dərsi keçirilib.

Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində keçirilən tarix dərsində məktəbin VIII və IX sinif şagirdləri iştirak edib.

Muzey əməkdaşları Nazənin Heydərzadə və Sevinc Əliyeva bu əlamətdar günün yaranma tarixi, ölkədə və bölgəmizdə qorunan tarixi abidələrdən söhbət açıblar.

Tarix dərsi zamanı şagirdlərə Azərbaycanın çoxəsrlik tarixi, xalqın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən tarixi və memarlıq abidələri, bölgənin müxtəlif ərazilərindən təsadüfü tapıntılar nəticəsində üzə çıxan və muzey fondunda qorunan qədim dövrlərə aid eksponatların foto şəkilləri nümayiş olunub.