Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanların gözünə nur bəxş edən qadın

17.04.2024

Astara rayon Heydər Əliyev Mərkəzində əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş “İnsanların gözünə nur bəxş edən qadın” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun əməkdaşları, C.Babayev adına şəhər 3 saylı və Ərçivan qəsəbə 4 saylı tam otra məktəblərinin kollketivləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Akademikin ömür yolu” haqqında film nümayiş edilib.

Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Zərifə xanımın beynəlxalq konfrans və simpozumlarda alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxarmışdır. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çox cəhətli və zəngindir.

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi ana adıdır. Zərifə xanım Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da əməyini görürük. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.

Daha sonra mövzu ətrafında Astara rayon Ərçivan qəsəbə 4 saylı tam orta məktəbinin müəllimi Dadaş Diyarov çıxış edib.

Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.