Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

15.04.2024

Lerik rayon Mərkəzi Kitabxanasının və Lerik Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023- cu il 25 dekabr tarixli Sərəncamına ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cu ilin "Yaşıl dünya naminə həmrəylik ili"elan edilməsi ilə əlaqədar açıq havada rəsm sərgi keçirilib.

Sərgidə şəhid Amid Heydərov adına 2-saylı uşaq bağçasının müəllimləri və balaca fidanları iştirak edib.

Kitabxananın uşaq şöbəsinin müdiri Vəsilə Rzayeva uşaqlara təbiəti sevmək, qayğısına qalmaq barədə məlumatlar verib.