Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Mədəni irsimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilib

15.04.2024

 Yardımlı rayon Mərkəzi Kitabxanasında şəhər 1 saylı tam orta məktəbin şagirdləri və oxucuların iştirakı ilə Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Mədəni irsimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilib.

Kitabxananın Uşaq şöbəsinin müdiri Eldəniz Heydərov əlamətdar gün haqqında məlumat verərək bildirib ki,15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" Vaşinqton razılaşması ("Rerix paktı") imzalanmışdır. 1998-ci ildə "Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası" adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq Mədəniyyət Günü”kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmişdir.

Sonra Xidmət şöbəsinin müdiri Vasif Abdulov öz məruzəsində vurğulayıb ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınmış və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini vermişdir. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan etmişdir. Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.

Yekunda şagirdlərin sualları cavablandırılıb.