Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Ələsgərov-100

16.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Aidə Quliyeva Süleyman Ələsgərovun həyat və yaradıcılığı haqqında məlumat verərək onun musiqi və mədəniyyət beşiyi olan Şuşa şəhərində anadan olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ilk təhsilini Şuşada musiqi texnikumunun tar sinifində alan Süleyman Ələsgərov ali təhsilini Bakı şəhərində davam etdirib. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən gənc bəstəkar qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlayıb.

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində görkəmli bəstəkarın əsərlərindən söz açıb. Vurğulanıb ki, Süleyman Ələsgərovun yaradıcılığında operretta janrı geniş yer tutub. Onun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi ”Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov 11 operettanın, musiqili komediyaların, operaların, simfonik muğamların, romansların və nəğmələrin müəllifi olub. Süleyman Ələsgərovun yaradııcılığında geniş yer tutan çoxlu sayda hərbi marşlar Vətən harayı, düşmənə qısas çağırışı olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, bir çox müxtəlif vəzifələrdə çalışıb.