Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib

15.04.2024

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə Lənkaran Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev açaraq iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib.

Sonra bir qrup mədəniyyət işçilərinə "Fəxri Fərman"lar tədim olunub.

Tədbir Cəlilabad rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.