Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

16.04.2024

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən “Ləm tarixi ” abidəsinə ekskursiya təşkil olunub.

Ekskursiyada Ərçivan qəsəbə 4 saylı tam orta məktəbinin V və VI sinif şagirdləri iştirak edib.

Kİtabxananın əməkdaşı Aybəniz İbadova və Ərçivan qəsəbə Mədəniyyət evinin sabiq əməkdaşı Allahverən Əsədullayev "Ləm tarixi" abidəsi haqqında şagirdlərə ətraflı məlumat veriblər.