Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti

16.04.2024

Astara rayon Heydər Əliyev Mərkəzində 15 Aprel-Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti“ mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun əməmdaşları, C.Babayev adına şəhər 3 saylı, Ərçivan qəsəbə 4 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri mərkəzin direktoru Kübra Səmədova açaraq əlamətdar gün haqqında məlumat verib.

Sonra ”Heydər Əliyev mədəniyyət və incəsənət” adlı film nümayiş olunub.

Tədbirdə mərkəzin əməkdaşı Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, bütün əsrlər üçün canlı klassik olan dahi şəxsiyyət Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Bütün qaynar fəaliyyəti dövrü bu sağlam əxlaqi-etik və estetik prinsiplə yaşayan Ulu Öndər Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparmışdır. Məhz dahi şəxsiyyətin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, bir sözlə, milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıdıb. Bu gün Ulu Öndər Heydər Əliyev yolu , strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir.

Daha sonra Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun baş məsləhətçisi İqrar Cəfərov mövzu ilə bağlı fikirlərini idadə edib.

Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.