Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar Astarada kitab sərgisi təşkil olunub

15.04.2024

Aprelin 15-də Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru professor Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar Astara rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə kitabxananın qarşısında sərgi təşkil olunub.

Kitabxananın əməkdaşları tərəfindən oxuculara dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər, həmçinin görkəmli alimin şərəfli ömür yolu haqqında məlumat verilib.

Sərgi zamanı oxuculara açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imkanı yaradılıb.

İştirakçılar tədbir barədə fikirlərini bildirərək vurğulayıblar ki, mütaliə hər bir insanın həyatında önəmli yer tutur, onun dünyagörüşünün formalaşmasında, peşə vərdişlərinin əldə olunmasında böyük rol oynayır.