Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı necə mübarizə aparmalı?

12.04.2024

Aprelin 12-də Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan alverinə qarşı necə mübarizə aparmalı?” mövzusunda tədbir keçirilib. Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, insan alveri müasir dünyanın qarşılaşdığı milli və ya transmilli səviyyədə, əksər hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir. İnsan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, konvensiya imzalanıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov məruzəsində vurğulayıb ki, insan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə qaçırma, dələduzluq və ya aldatma yolu ilə vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə pul və ya digər maddi vəsaitlər verməklə şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. Insan alverinə qarşı mübarizənin səmərəli üsullarından biri maarifləndirmə tədbirlərinin aparılmasıdır. Qeyd olunub ki, bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsidir.