Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaddaşlarda silinməz iz buraxan işıqlı şəxsiyyət

15.04.2024

Aprelin 15-də Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbir başlamazdan öncə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzey əməkdaşları, kitabxana işçiləri və Firudin Dəmirov adına Təklə kənd orta məktəbinin 8-ci sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov dünya oftolmologiya elminin inkişafına dəyərli töhvələr vermiş Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. O akademik Zərifə Əliyevanın zəngin irs qoyaraq, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətlərindən bəhs edib.

Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Azərbaycan oftolmologiya elminin görkəmli nümayəndəsi Zərifə Əliyeva işgüzarlığı və məsuliyyəti sayəsində qarşısına qoyduğu bütün hədəflərə çatmağa nail olmuşdur. O, vurğulayıb ki, Zərifə xanım zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından fərqlənib. Bu nəslə və ailəyə məxsus ziyalılıq, doğma ocağa, xalqa bağlılıq kimi nəcib xüsusiyyətləri ilə onu xatırlayan insanların qəlbində dərin iz buraxmışdır.

Sonra muzeyin elmi işçisi Dilguşə Məmmədova qeyd edib ki, Zərifə Əliyevanın kamil şəxsiyyət kimi formalaşmasında ziyalı ailəsində yetişməsinin önəmli rolu olmuşdur. Zərifə xanım oftolmologiya sahəsində apardığı dəyərli elmi tədqiqatlar sayəsində effektiv müalicə üsullarının tapılmasına nail olmuşdur.Onun tibbin bu sahəsinə gətirdiyi yeniliklər hazırda ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunur.

Tədbirdə Təklə kənd tam orta məktəbin tarix müəllimi Fariz Əliyev Azərbaycan qadınının ailədə statusundan söhbət açaraq akademik Zərifə Əliyevanın zəriflik, mərhəmət və xeyirxahlıq keyfiyyətləri ilə bu obrazın ən parlaq təcəssümü kimi yaddaşlarda qaldığını diqqətə çatdırıb.

Yekunda məktəblilər akademik Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş guşəyə baxıb, kitabxana fondunun tərkibi və ondan istifadə qaydaları ilə tanış olublar.