Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Narkomaniya-şəxsiyyətin tənəzzülü və cəmiyyətdən təcridin mənbəyidir” başlıqlı bukletlər paylanılıb

15.04.2024

Aprelin 15-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər sakinlərinə "Narkomanlıqla mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması" mövzusunda maarifləndirici bukletlər paylanılıb.

Kitabxananın əməkdaşları Lətafət Əlirzayeva və Ağahüseyn Hüseyni narkotik maddələrdən istifadənin insan həyatına zərərlərindən bəhs ediblər.

Onlar gənclərin və məktəblilərin diqqətinə çatdırıblar ki, narkotikə aludəçilik təkcə insanın fiziki sağlamlığına zərər vurmur, həm də insan şəxsiyyətinin tənəzzülünə yol açmaqla, onları cəmiyyətdən təcrid edir.

Yekunda kitabxananın əməkdaşları gənclərə narkotik vasitələrdən uzaq durmağı tövsiyə ediblər.