Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Ələsgərov 100

09.04.2024

Aprelin 9-da Lənkəran şəhər Mərkəzi Kitabxanasında Mərkəzləşdirilmiş görkəmli bəstəkar, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın direktor əvəzi Arzu Rufullayeva açaraq bəstəkar Süleyman Ələsgərovun həyat və yaradıcılığından danışıb.

Sonra çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Urşan Əliyev idarə rəisinin salamlarını iştirakçılara çatdıraraq tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-musiqişunas Zəminə Tariyelqızı, kitabxananın əməkdaşı Habil Axundov, tanınmış xanəndə MirƏhməd Kərimov çıxış edərək bildiriblər ki, S.Ələsgərovu dahi Ü.Hacıbəyovun ən layiqli davamçılarından hesab edirik. O, həm bəstəkarlıqda, həm insanlıqda çox yüksək keyfiyyətlərə malik biri idi. Hamı onu Vətəninə, torpağına, elinə bağlı bir insan kimi tanıyırdı. Onda azərbaycançılıq hissi güclü idi. S. Ələsgərovun Şuşaya həsr etdiyi “Gözlə məni” romansını dinləyərkən bu hisslər açıq duyulur.

S.Ələsgərov Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. O, istedadlı tələbəni xəzinə hesab edirdi.

Mərhum sənətkar hazırda musiqi sahəsində fəaliyyət göstərən yüzlərlə ifaçı və bəstəkarın yetişməsində əhəmiyyətli işlər görüb. Bu gün onun yetirmələri Azərbaycan musiqisini dünyada tanıdırlar.

Tədbirin bədii hissəsində LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Musiqi ixtisasının tələbələri və Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllim, şagirdlərinin ifasında bəstəkar Süleyman Ələsgərovun əsərləri səsləndirilib.

Yekunda tədbirlərdə fəal iştirakına görə bir qrup şəxsə "Fəxri Fərman" təqdim olunub.