Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Milli mənəvi dəyərlərimiz”mövzusunda dəyirmi masa keçirilib

08.04.2024

Aprelin 8-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Ramazan bayramı ilə əlaqədar “Milli mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.

Öncə torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktor əvəzi Mehman Xanızadə tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir,ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

Çıxışlarda vurğulanıb ki, İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Yekunda “Dövlət və Din” başlığlı altında mövzunu əhatə edən kitab və digər çap məhsulları sərgilənib.