Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda marifləndirici tədbir keçirilib

05.04.2024

Aprelin 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin İmanov, Yardımlı rayon S.N.Abiyev adına Köryədi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalmaqdadır. Həmçinin erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafınlarına mane olduğunu, psixologiyalarına mənfi təsir göstərdiyini, erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratdığını, belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu vurğulayıblar. Amma buna baxmayaraq hal-hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın da mövcudluğu dilə gətirilib.

Yekinda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.