Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Musiqimizin böyük siması” mövzusunda tədbir keçirilib

06.04.2024

Aprelin 6-da Yardımlı rayon Mərkəzi Kitabxanasında şəhər 1 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə görkəmli bəstəkar, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rizvan Adişov bəstəkar Süleyman Ələsgərovun 100 illik yübileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında məlumat verib.

Sonra Oxu zalının müdiri Şahbaz İsmayılov geniş məruzə edərək bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan və bu musiqi mədəniyyətini dünya səviyyəsində qəbul ediləcək bir sənət sahəsinə çevirməyi bacaran istedadlı bəstəkarlardan biri də Süleyman Ələsgərovdur. Süleyman Ələsgərov yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yeri olan bəstəkarlardandır. Müxtəlif janrlarda maraqlı musiqili obrazlar yaradan Süleyman Ələsgərov musiqi mədəniyyətimizə ecazkar və rəngarəng sənət əsərləri bəxş etmişdir. Süleyman Ələsgərov görkəmli bəstəkar, dirijor, zəhmətsevər pedaqoq, böyük vətənpərvər, eyni zamanda gözəl insan olmuşdur. Onun mahnıları, instrumental əsərləri, operaları, musiqili komediyaları, simfonik musiqidəki nailiyyətləri fitri istedadının və yaradıcılıq təxəyyülünün parlaq təzahürüdür.

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.