Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Mədəniyyətimiz uğurlara doğru” layihəsi çərçivəsində şair Salman Məmmədoğlu ilə görüş keçirilib

13.04.2024

Aprelin 13-də Lənkəran şəhər Mərkəzi Kitabxanasında "Mədəniyyətimiz uğurlara doğru" layihəsi çərçivəsində AYB və AJB-nin üzvü, şair-publisist Salman Məmmədoğlu ilə görüş keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə kitabxananın direktor əvəzi Arzuyə Rufullayeva açaraq layihə haqqında məlumat verib və bu layihə çərçivəsində tanınmış şəxslər, ziyalılar ilə görüşlərin əhəmiyyətini vurğulayıb.

Çıxışlarda Salman Məmmədoğlunun yaradıcılığından söhbət açılıb və şairə yeni-yeni uğurlar arzulanıb.

Sonra Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Kərimli, Səbinə Əzimova şairin şeirlərini səsləndirilib.

Müğənni Samirə Ağayeva isə "Azərbaycan" mahnısı ilə tədbirə rəng qatıb.

Yekunda şair-publisist Salman Məmmədoğlu keçirilən görüşün təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib və imzalanmış kitablarını tədbir iştirakçııarına təqdim edib.