Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

14.04.2024

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada mədəniyyət mərkəzi, 1 , 2 , 3 , 5 saylı şəhər klubları, Rvo kənd klubu, Tatoba kənd klubu, Bürcəli kənd Mədəniyyət evi, Aşağı Nüvədi kənd Mədəniyyət evlərinin əməkdaşları iştirak edib.

Tədbirdə həmçinin mədəniyyət mərkəzinin rəssamlıq kursunun dərnək üzvləri təbiiətin gözəlliyini əks etdirən rəsm əsərləri yaradıblar.

Qeyd edək ki, "Tədbirlər Planı"na uyğun olaraq ağacəkmə aksiyası il ərzində həyata keçiriləcək. Ümumillikdə ilin əvvəlindən bu günə kimi 100 dekorativ ağac əkilib və ilin sonuna kimi daha 300 ağacın əkilməsi planlaşdırılır.