Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim hüquqlarım, məni qoruyur

09.04.2024

Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Uşaq hüquqları ilə bağlı "Mənim hüquqlarım,məni qoruyur" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi İradə Kazımova və VII sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki,hər bir cəmiyyət istəyir ki,onun uşaqları böyüyərək məsuliyyətli və layiqi vətəndaş kimi yetişsin və cəmiyyətin inkişafında öz əvəzsiz rolunu oynaya bilsin.Hüquq və ehtiyacları ödənilməyən uşaqlar layiqli,məsuliyyətli vətəndaş olub,digərlərinin hüquqlarına hörmət etməyəcəklər.

Dünya uşaqları individual və qlobal gələcək uğrunda öz hüquqlarını bilməli,eyni zamanda hüquqlarından məhrum olmuş digər uşaqların əvəzinə aktiv fəaliyyət göstərməyə qadir olmalıdır.Uşaq Hüquqları Konvensiyasının öyrənilməsi bunun bir yoludur.Bu məsələ ölkə rəhbərinin daimi diqqətində olan məsələrərdən biridir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.