Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 yanvar – qan yaddaşımız

15.01.2019

15 yanvar 2019-cu ildə Masallı  rayon Mərkəzi kitabxanasında 20 yanvar facəsinin ildönümünə həsr olunan  tədbir keçirilib. “20 yanvar – qan yaddaşımız” başlığı altında keçirilən tədbirdə ilk çıxış edən Kitabişləmə və komplekləşdirmə şöbəsinin müdiri Südabə Məmmədova 1990 –cı il yanvarın 20-də xalqımıza qarşı rus qoşunlarının törətdiyi vəhşilikdən danışaraq, çoxlu sayda oğul və qızlarımızın amansızlıqla qətlə yetirildiyini bildirdi. Daha sonra şöbənin işçisi Nahidə Fərəcova məruzə ilə çıxış edərək  çox böyük çətinliklər, verilən qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin əbədi olacağına inamını ifadə etdi.