Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət nümayəndələri şəhid Tural Hümmətovun xatirəsinə verliən iftar süfrəsində iştirak edib

07.04.2024

Osaküçə kəndində şəhid Tural Hümmətovun xatirəsinə iftar süfrəsi təşkil olunub.

Tural Hümmətovun anası Cəmilə ana tərəfindən təşkil olunan iftar süfrəsində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı, mədəniyyət müəssisələrinin rəhbərləri, əməkdaşları və şəhid ailələri iştirak edib.

Çıxışlarda şəhidin şəfərli həyat və döyüş yolundan söhbət açılıb və Vətənin Tural kimi mədr oğullarının gələcək nəsillərə örnək olması vurğulanıb.

Qeyd edək ki, Tural Hümmətov 2018-ci Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində komputer kursuna rəhbərlik edib. Tural Vətən müharibəsi zamanı topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin işğaldan azad edilməsində rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.