Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada aprel şəhidi Pəncəli Teymurovun xatirəsi anılıb

07.04.2024

Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisi şəhid Pəncəli Teymurovun məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidin məzarı üzrərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra mədəniyyət nümayəndələri şəhidin ev muzeyini ziyarət edərək onun ailə üzvləri ilə görüşüb.

Görüş zamanı şəhid Pəncəli Teymurovun aprel döyüşlərində göstərdiyi şücaətdən danışılıb, onun ömür yolunun gəclərə örnək olduğu xüsusi vurğulanıb.

Şəhidin ailə üzvlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.