Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhid Qalib Əkbərzadə Əbdüləhəd oğlunun doğum gününə həsr olunan tədbir keçirilib

06.04.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində şəhid Qalib Əkbərzadə Əbdüləhəd oğlunun doğum gününə həsr olunan "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Lənkəran rayonu H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhid Qalib Əkbərzadənin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Dövlət Himninin səslənməsi ilə başlyan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva bildirib ki, şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib. Sonra şəhidin ailə üzvlərinə mərkəzin rəsm studiyasında yağlı boya ilə çəkilmiş şəhid Qalib Əkbərzadənin portretini təqdim edib.

Çıxışlarda igid oğullarımızın şücaətindən, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışılıb.

Tədbirdə şəhidin həyat yolunu özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Daha sonra şagirdlərin həmçinin müğənnilərin ifasında mahnı və şeirlər səsləndirilib.

Şəhidin valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək təşkilatçılara təşəkkür ediblər.