Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib

05.04.2024

Privolnoye kənd mədəniyyət evində “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə baş mühasibi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin Ramil İbrahimov, “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” layihəsinin rəhbəri İqamət Əkbərli, şəhid ailələri, qazilər, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə baş mühasibi Elnur Atakişiyev qonaqları salamlayaraq, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışlarda bildirilib ki, indiyədək respublikamızın bir sıra bölgələrində uğurla həyata keçirilən layihənin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etməsi, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında ətraflı məlumat verməkdir.

Çıxışlarda həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın şərəfli döyüş yolundan geniş bəhs edilib, tədbirin əhəmiyyəti yüksək qiymətləndirilərək, təşkilatçılara minnətdarlıq bildirilib.