Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Aprel şəhidinin ildönümünə həsr olunan kompozisiya təqdim edilib

05.04.2024

 Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin, Masallı Xalq Teatrının və Viləş kənd Yaradıcılıq evinin birgə tkilatçılığı ilə məktəbdə aprel döyüşlərinin şəhidi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilən Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə rayon rəsmiləri, məktəbin kollektivi, şəhidin ailə üzvləri iştirak edib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, sonra və Dövlət Himni səsləndirilib.

Daha sonra şagirdlərin aparıcılığı ilə şəhid Nurlan Əsgərlinin həyat hekayəsi, döyüşdəki sücaəti haqqında geniş məlumat verilib.

Şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərli çıxış edərək bildirib ki, belə bir gündə rayon rəsmilərinin, sakinlərinin onların yanında olması böyük mənəvi dayaqdır.Daha sonra şəhid anası Nurlan və İntiqam Əsgərlilərin xitirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbir şagirdlərin idasında mahnı, şeir və aprel döyüşlərindən bəhs edən bədii kompozisiyaların təqdim edilməsi ilə davam edib.

Sonda dəvətlilər və məktəb kollektivi Viləş kənd qəbirstanlığında şəhid Nurlan Əsgərli və digər şəhid məzarlarını ziyarət ediblər.