Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ramazan ayı münasibətilə Lənkəranda şəhid ailələri ziyarət olunub

08.04.2024

Aprelin 6-da Ramazan ayı münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları şəhid ailələrini ziyarət edib.

İdarə rəisi şəhid ailələrini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb.

Ziyarət zamanı şəhidlərin döyüşlərdə göstərdiyi şücaətdən, vətən sevgisindən geniş söhbət açılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.