Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

06.04.2024

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatında partiya üzvləri ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın keçdiyi şərəfli inkişaf yolundan ətraflı bəhs edib. Bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin təcəssümüdür deyən S.Əliyev daha sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.

Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyevin parlaq qələbəsi partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi.

YAP həmişə olduğu kimi bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Daha sonra təşkilatı məsələlərə baxılıb. Ceyhun Bəşirov YAP Masallı rayon təşkilatının Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri, Dilbər İbayeva isə sədr müavini seçilib.