Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda II Kitab Sərgisi keçirilib

05.04.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində II Kitab Sərgisi keçirilib.

Sərginin açılış mərasimində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak edib.

Regionlarda bu səpkili mədəni tədbirlərin keçirilməsi bütövlükdə uşaq və gənclərin elmə, təhsilə və kitaba olan marağının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi baxımından önəm daşıdığı, habelə onların sosiallaşmasına müsbət təsir göstərməsi çıxışçılar tərəfindən xüsusi vurğulanıb.

Qeyd edək k, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə 30-a yaxın nəşriyyatın çap etdiyi kitablar kitabsevərlərə təqdim olunacaq. Həmçinin aprelin 7-dək davam edəcək tədbir çərçivəsində müxtəlif müsabiqələrin, kitab təqdimatlarının və tanınmış yazarların imza günlərinin də keçirilməsi planlaşdırılır.