Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!

05.04.2024

Astara Tarix-Diyarşünaşlıq Muzeyində Narkomaniyaya qarşı mübarizə ilə əlaqədar "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər Ş.Qasımov adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb iştimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi cox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsiz dövriyyəsinə qarşı tədbirlər Ümumilli lider Heydər Əliyevin 1996-cı il 26 Avqust tarixli Fərmanında öz əksini tapmaqla sosiyal-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, tifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

Bu strateji kurs Azərbaycan Respublikasının Prezideniti İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə əsas vəzifələrdən birinə çevirilmişdir.

Sonra mövzu ilə bağlı muzeyin kiçik elmi-işçisi Çiçək Axundova geniş məruzə edib.