Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təbiəti sevək,qoruyaq

05.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasının Öncəqala kənd filialının təşkilatçılığı ilə Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbində 2024-cü il ”Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar "Təbiəti sevək,qoruyaq" adlı tədbir keçirilib.

Filial müdiri Fidan Məmmədova məruzə ilə çıxış edərək bildirib ki,insanlar bütün həyatı boyu təbiətin yaratdığı nemətlərin istehlakçısı olmuş və onun sərvətlərindən bəhrələnmişlər.Təbiət öz gözəl nemətləri ilə insanları,eləcə də bütün canlıları qidalandırır,onları dadlı və bərəkətli məhsullarla təmin edir.Təbiət,onun gözəllikləri hər bir xalqın milli sərvəti olmaqla bərabər,bəşəri mənaya da malikdir.Heç şübhəsiz,təbiəti qorumaq vətənpərvərlik,hətta insanpərvərlik hissləri ilə birləşməlidir.

Tədbirdə iştirak edən şagirdlər ətraf mühitin mühafizəsi və təbiətə qayğı göstərilməsinin vacibliyindən bəhs edən rəsm nümunələri nümayiş etdiriblər.