Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəlin hər birimiz təbiəti qoruyaq

05.04.2024

Masallı Tarix -Diyarşünaslıq Muzeyində Yaşıl dünya naminə həmrəyli ili ilə əlaqədar olaraq “Gəlin hər birimiz təbiəti qoruyaq” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rayonun əllidən çox ümumorta təhsil müəssisələrinin Uşaq və Gənclər təşkilatı rəhbərləri və gənclər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Natiq çıxışında ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verib.

Sonra çıxış edən Uşaq və Cənclər təşkilatının rəhbərləri Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi, gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə, Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi, bu sahədə görülən işlər ekologiya, ətraf mühitin mühafizəsində yeni uğurların təkan verməsindən danışaraq bu səpgili işlərə yeniyetmə və gənclərin cəlb olunmasının müsbət tərəflərini xüsusi qeyd ediblər.