Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heyər Əliyev Mərkəzində vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub

05.04.2024

Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar 1-4 aprel tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin şagirdləri üçün vətənpərvərlik ruhunda filmlərin nümayişi təşkil olunub.

Qeyd edək ki, filmlərin nümayişi Masallı rayon Heydər Əliyev Mərkəzi və Mərkəzdə fəaliyyət göstərən Qodman kənd kitabxana filialının birgə təşkilatçılığı ilə baş tutub.