Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Aprel döyüşləri böyük zəfərin başlanğıcı” mövzusunda tarix dərsi keçirlib

05.04.2024

Astara rayon Heydər Əliyev Mərkəzində X.Şəkərov adına Tüləgüvan kənd tam orta məktəbinin iştirakı ilə “Aprel döyüşləri böyük zəfərin başlanğıcı” mövzusunda tarix dərsi keçirlib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə “Aprel döyüşləri qəhrəmanı Pənçəli Teymurov” mövzusunda film nümayiş olunub.

Sonra mərkəzin əməkdaşı Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 8 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Təəssüf ki, Ermənistan bu mesajdan da nəticə çıxarmadı və Aprel döyüşlərindəki məğlubiyyətdən özünə gəlməmiş növbəti təxribata əl atan düşmən bu dəfə qarşısında “Dəmir yumruğ”u gördü. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki bu “Dəmir yumruq” isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi.

Daha sonra mövzu ətrafında məktəbinin müəllimi Rövşən Fətəliyev cıxış edib.

Yekunda iştirakçılar Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.