Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə narkomaniya erkən nikah və kibercinayətkarlıqla bağlı tədbir keçirilib.

04.04.2024

Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektoru, Cəngəmiran ərazi nümayəndəliyi və Cəngəmiran kənd orta məktəbinin birgə təşkilatrçılığı ilə Cəngəmiran kənd Mədəniyyət Evində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Lerik Rayon Polis Şöbəsinin rəisi müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, İcra Hakimiyyətinin əməkdaşı Anar Rəhimov, Mədəniyyət Mkəzinin direktoru Şəfahət Əliyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Cəngəmiran kənd orta məktəbimin direktoru Müqəddəs Mədətov, Cəngəmiran Ərazi İcra Numayəndəsi Əfqan Həsrətov, Cəngəmiran kənd Mədəniyyət Evinin əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri, pedaqoji heyəti, valideynlər və kənd sakinləri iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ilə bağlı film nümayiş etdirilib.

Daha sonra mövzu haqqında ətraflı çıxışlar edilərək, narkomaniya, erkən nikah və kibercinayətkarlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi.

Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir.

Sonda mövzu ilə əlaqədar maarifləndirici qısa filmlər numayiş olunub.