Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Mədəniyyətimiz Yaşıl dünya naminə həmrəylik ili ”ndə mövzusunda tədbir keçirilib.

04.04.2024

Astara-Tarix Diyarşünaslıq Muzeyində “Mədəniyyətimiz Yaşıl dünya naminə həmrəylik ili” ndə adlı tədbir keçirilib.

Tədbirdə Astara rayon Tüləküvan kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Muzeyin kiçik elmi-işçisi Rəna Əskərova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prizindenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir.

Sonra muzeyin əməkdaşı Vüsalə Xocaxanova mövzuyla bağlı məruzə edib.

Məruza ətrafındakı çıxışlarla tədbir yekunlaşıb.