Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sehir dolu nağıl dünyam

04.04.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər 2 saylı körpələr evi-uşaq bağçasında nağıl saatı keçirilib.

Nağıl saatında həmin bağçanın böyük qrup tərbiyyəçi müəllimi Aynurə Abdullayeva və balaca fidanlar iştirak edib.

Kitabxananın Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova uşaqlara "Keçəl və dovşan","Səliqəsiz ayı" nağıllarını oxuyub.

Nağılı diqqətlə dinləyən və sərbəst nəql edən uşağa yekunda jurnal hədiyyə edilib.