Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”2 Aprel-Beynəlxalq Uşaq Kitab Günü” qeyd olunub

02.04.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "2 Aprel-Beynəlxalq Uşaq Kitab Günü"ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi Mətanət Hüseynova və III sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki,uşaqların tərbiyyəsində kitablar xusisi yer tutur. Kitab onların zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir,öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır.Beyəlxalq Uşaq kitab günün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yellan Lepman təklif etmişdir.Məhşur nağılçı Hans Xiristian Andersen 1805-ci il aprelin 2-si anadan olmuşdur.Bu səbəbdən uşaqların sevimlisi Hans Xiristian Andersenin şərəfinə hər il dünyada bu gün qeyd olunur.

Yekunda şagirdlər şeirlər söyləyib, kitablara baxış keçiriblər