Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı gənclərinin orduya yola salınma mərasimi keçirilib

10.01.2019

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli Sərəncamına müvafiq olaraq Masallı şəhərindəki Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri, valideynlər iştirak ediblər.

       Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıblar.
      Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, çağırışçı babası Qafur Abıyev, çağırışçı Musa Eynullayev və başqaları Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyiblər.
      Bədii hissə ilə davam edən tədbirdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilib.

           Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.