Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində “İbad”filminin nümayişi baş tutub

02.04.2024

Aprelin 2-də Masallı rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı,Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı,Masallı rayon Tarix-diyarşünasllq muzeyi,Masallı rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı,Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə mədəniyyət işçiləri və gənclər üçün Türk dünyasının qəhrəman oğlu,Qarabağ veteranı,

“Azərbaycan Bayrağı” ordeni kavaleri,Azərbaycanın Milli Qəhrəmanı,kəşfiyyat dəstəsinin komandiri İbad Hüseynovun döyüş yolundan bəhs olunan “İbad”tammetrajlı bədii filmi nümayiş etdirilib.