Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir

02.04.2024

Masallının Həsənli kəndində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyaya Həsənli kənd bədii qiraət klubunun və kitabxana filialının əməkdaşları da öz tövhələrini veriblər. 

Sözügedən aksiyada kəndin torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, bu işi ümummilli hədəflərdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.