Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərə gedən yol

02.04.2024

Astara rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar “Zəfərə gedən yol ”  mövzusunda tədbir keçirilib.

Tədbirdə  II qrup Qarabağ əlili Vətən müharibəsi qazisi Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara filialının sədri Orxan Əliyev , Aprel döyüşlərinin iştirakçısı II qrup Qarabağ əlili Samid Əhmədov , M.Ə.Sabir adına 1saylı və Ziya Bünyadov adına 2 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev açaraq bildirib ki,  Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən bu döyüşlərdə qüdrətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Bu, döyüşlərin hərbi nəticəsi idi. Onun mənəvi nəticələri isə ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun göstəricisi oldu. Azərbaycan Ordusunun qətiyyətli döyüşləri, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdi. Xalqımız öz  ordusu, qorxubilməz oğulları ilə qürur duydu.


Sonra kitabxananın  Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərəmova mövzu ilə bağlı məruzə edib.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara filialının sədri Orxan Əliyev və Aprel döyüşlərinin iştirakçısı II qrup Qarabağ əlili Samid Əhmədov döyüş xatirələrini iştirakçılarla bölüşüblər.


Yekunda şagirdlər Vətənpərvərlik mövzusunda şeirlər səsləndirərək təqdimatlarla çıxış ediblər.