Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı

02.04.2024

Aprelin 2-də Şərəfə kəndində yerləşən xatirə parkında Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin ildönümü münasibətilə “Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.

Şərəfə kənd Folklor evinin, ərazi namyəndəliyinin, orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan tarixinə şanlı səhifə kimi yazılmış, hərbçilərimizin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərmiş Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını da nümayiş etdirib. Odur ki, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.

Çıxışlardan sonra tədbir məktəb şagirdlərinin hazırladıqları bədii hissə ilə davam etdirilib.