Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib

01.04.2024

Aprelin1-də Masallı rayon Mərkəzi Kitabxananın Yeddioymaq kənd kitabxana filialının təşkilatçılığı ilə  Ramiz Əzizov adına kənd 1 saylı  orta məktəbdə  Aprel döyüşlərinin səkkizinci ildönümünə həsr olunmuş  “Tarixi qələbəmiz” adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabxana filialın müdiri Vüsalə Mehdiyeva 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıb. O bildirib ki, Aprel döyüşlərində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci bəxş edib.