Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam edir

01.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası Masallı rayonunun Musaküçə kəndində keçirilib.

Musaküçə kənd sənətkarlıq evi əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı mədəniyyət müəssisəsinin ərazisində müxtəlif növ ağac tingləri əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.