Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

30.03.2024

C. Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq musiqi Məktəbində “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim kollektivi, valideynlər iştirak ediblər.

Çıxışlarda insan alveri ilə bağlı cinayət əməllərinin Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına mənfi nəticələrindən söhbət açılıb və belə halların cəmiyyətin sosial faciəsi olduğunu vurğulanıb. Qeyd olunub ki, insan alveri qurbanlarının müəyyən hissəsi özlərinin məlumatsızlığı, səhvi və günahları üzündən bu vəziyyətə məruz qalırlar.

Tədbirdə müəyyən qism insanların köləliyə çevrilməsinin qarşısını almaq, belə cinayətlərlə mübarizədə ictimai fəallığa nail olmaq üçün maarifləndirici tədbirlərin böyük önəm kəsb etdiyi vurğulanıb.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandırılan bir sıra suallar cavablandırılıb.