Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir

30.03.2024

Cəlilabad Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Qeyd edək ki, narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilmiş tədbir Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019–2024-cü illər üçün “Dövlət Proqramı”na uyğun olaraq keçirilib.