Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid Qalib Zülfüqarlının anım günü qeyd olunub

29.03.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin təşkilatçılığı ilə Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində şəhid Leytenant Qalib Zülfüqarlının anım gününə həsr olunan “Qalib ölkənin Qalibi" adlı tədbir keçirilib

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, şəhid ailələri, ictimaiyyət  və mədəniyyət nümayəndələri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Sonra şəhidi həyatından bəhs edən videoçarx nümayiş edilib.

Çıxışlarda şəhidin həyat və döyüş yolundan söhbət açılıb, Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.

Sonra məktəblilərin ifasında şəhid Qalib Zlüfüqarlıya həsr olunan şeirlər səsləndirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.