Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart -XX əsrin unudulmayacaq soyqırımı

29.03.2024

Lerik rayon Mərkəzi Kitabxanasında "31 mart - XX əsrin unudulmayacaq soyqırımı" mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın direktor əvəzi Şəlalə Ağayeva ermənilərin daim  azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasətinin həyata keçirdikləri haqqında geniş məlumat verərək bu cür vəhşilik aktlarından biri də 1918-ci ilin martın 18-də törədildiyi, 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürü olduğunu, Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini bildirib.

Tədbirdə digər əməkdaşlar da mövzu ətrafında çıxışlar ediblər.