Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mart soyqırımı – tarixin bir  günü

28.03.2024

Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Babaser kənd ümümorta məktəbində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “ Mart soyqırımı – tarixin bir  günü” mövzusunda tarix dərsi keçirilib.

 Əvvəlcə soyqırımı  qurbanları  və  Azərbaycanın suverenliyi , azadlığı uğrunda canından keçənlərin  xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə tarix dərsində 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlamasından , həmin günlərdə ermənilərin törətdikləri cinayət əməllərinin  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmasından  və  bu günün   ilk dəfə  ulu öndər  Heydər Əliyev  tərəfindən  26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı  sərəncamdan danışıb.

Sonra  muzeyin əməkdaşı Sevinc Əliyeva  mövzu ilə bağlı geniş məruzə edərək  həmin günlərdə minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edilməsi , ermənilərin evlərə od vurması, insanları diri-diri yandırması, milli  memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələrin dağıdılmasından söhbət açıb. S. Əliyeva Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayaraq, , xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin  heyrət və qəzəb doğurmasını xüsusi vurğulayıb.

Yekunda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.