Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırım

27.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “31 mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib.

Tədbirdə Masallı Regional Kollecin tələbələri iştirak ediblər. Tədbir başlamazdan öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti  200 ilə yaxın bir dövrü əhatə edir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.

Sonra  məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Gülər Piriyeva erməni millətçilərinin xalqımıza qarşı soyqırımı siyasəti tarixinin XVlll əsrin əvvəllərindən başladığını diqqətə çatdırıb. Qeyd olunub ki, həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitəçi kimi istifadə edərək, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirib. Ermənilər Bakı şəhərində və ölkəmizin digər bölgələrində soyqırımı cinayətləri törətmişlər. Vurğulanıb ki, soyqırım nəticəsində ermənilər dinc sakinləri, eləcə də qadın, uşaq və qocaları xüsusi amansızlıqla, işgəncə ilə öldürüblər. Ermənilər tərəfindən məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılıb. Tədbirin davamında kollec tələbələrindən Türkan Ağayeva və Sevinc Babayeva soyqırıma həsr olunmuş şeirlər söyləyiblər.

 

   .